office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Könüllülük və Sosial İnkişaf” klubunun üzvü olan tələbələrTəhsil Muzeyinə ekskursiya etmişlər

04.03.2026-cı il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin “Könüllülük və Sosial İnkişaf” klubunun üzvü olan tələbələr Azərbaycanın Təhsil Muzeyinə ekskursiya etmişlər. Ekskursiya kollecin Azərbaycan dili və ədəbiyyat  müəllimi,  “Könüllülük və Sosial İnkişaf” klubunun kuratoru Pərvanə Məmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilmişdir.Tədbirin əsas məqsədi tələbələri Azərbaycanın təhsil tarixinin formalaşma və inkişaf mərhələləri, maarifçilik hərəkatının rolu, eləcə də görkəmli pedaqoqların zəngin irsi ilə yaxından tanış etmək olmuşdur. Klubun üzvü olan tələbələr muzeyin ekspozisiya  zalları ilə yaxından tanış olaraq, qədim dərsliklər, arxiv sənədləri, fotomateriallar və müxtəlif dövrləri əks etdirən tarixi eksponatlar barədə  muzeyin əməkdaşları tərəfindən ətraflı məlumat əldə etmişlər. Ekskursiya zamanı  verilən məlumatlar  tələbələr  tərəfindən  böyük maraqla qarşılanmış, onların fəal iştirakı və ünvanladıqları suallar tədbirin interaktiv və səmərəli keçməsinə şərait yaratmışdır. Bu kimi maarifləndirici ekskursiyalar tələbələrin  dünyagörüşünün  genişlənməsinə, milli- mənəvi dəyərlərə bağlılığının  möhkəmlənməsinə və  sosial fəallığının artırılmasına  möhüm töhfə verir.

 


05.03.2026