office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da valideyn iclası olmuşdur

04.03.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində İqtisadiyyat və idarəetmə və Texnologiyaların idarə olunması şöbələrində valideyn iclası  keçirilmişdir. İclasın əsas müzakirə mövzuları tələbələrin davamiyyəti, 1-ci yarımil üzrə yekun qiymətlərin təhlili, növbəti yarımil imtahanlarının və BSQ-nin rəqəmsal formatda keçirilməsi ilə əlaqədar olmuşdur. İclasda tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, tədris hissə müdiri Lalə Nəsibova, Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova, şöbə müdiri Təranə Vəliyeva, psixoloq Gülnar Məstəlizadə, qrup rəhbərləri və fənn müəllimləri iştirak etmişlər.

 


05.03.2026