Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-da tyutorlarla iclas keçirilmişdir

STK-da  keçirilən iclasın əsas məqsədi tədris prosesinin cari vəziyyətinin müzakirəsi, tələbələrin davamiyyəti və hal-hazırkı tələbə kontingentinin vəziyyətinin təhlili olmuşdur. Görüş zamanı 1-ci kurs  üzrə davamiyyət göstəriciləri nəzərdən keçirilmiş,

dərsə davamiyyətin aşağı olduğu halların səbəbləri araşdırılmış və bu istiqamətdə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda, hal-hazır ki tələbə kontingenti haqqında məlumat təqdim edilmiş, tələbə sayında baş verən dəyişikliklər və risk qrupuna daxil olan tələbələrlə aparılan işlər müzakirə olunmuşdur. Direktor müavini Könül Abdurrəhimova tərəfindən tyutorlara tələbələrlə fərdi işin təşkili, valideynlərlə əlaqələrin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyyələr və tapşırıqlar verilmişdir. Sonda qarşıda duran vəzifələr müəyyən edilmiş və tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər diqqətə çatdırılmışdır.