Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

KG-204 qrup tələbələri İstehsalat təcrübəsini STK-nın arxivində keçirlər

“Kargüzarlıq və arxiv işi” ixtisasının KG-204 qrup tələbələrinin İstehsalat təcrübəsi təcrübə rəhbəri Könül Abdurrəhimova , arxiv müdiri Aybəniz Alıyeva  və operator Kəklik İsgəndərovanın rəhbərliyi ilə Sənaye və Texnologiya Kollecinin  arxivində keçirilir. Tələbələr  arxivdə mövcud sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, sistemləşdirilməsi və elektronlaşdırıılması prosesində fəal iştirak edirlər. Həm də sənədlərin qorunma qaydaları və arxiv işinin təşkili ilə yaxından tanış olurlar. Eyni zamanda tələbələr arxiv sənədlərinin işlənməsi və elektron kataloqun yaradılması işlərinə də köməklik göstərirlər.