20.02.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışovun təşəbbüsü ilə 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycanın dövlət rəmzlərinə hörmət çərçivəsində baş tutdu. Sonra Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqə sükutla yad edildi. Tədbirdə kollecin direktor müavini Asəf Məmmədov, tanınmış şairlərdən Güllü Eldar Tomarlı, Nəcibə İlkin və müəllimlər İştirak etdilər. İlk öncə dəvət olunmuş qonaqlar tələbələrlə görüşərək Ana dilimiz, ədəbi biliklər və mədəni irsimiz barədə geniş fikir mübadiləsi apardılar. Müəllimlərdən Ramilə Haqqı və Gülnar Rzayeva 21 Fevral - Beynəlxalq Ana Dili Günü ilə əlaqədar çıxış etdilər. Sonda iştirakçılar tədbirin təşkilatçısı İlahə Nuriyevaya və dəvət olunmuş qonaqlara təşəkkür etdilər. Görüş tələbələr üçün həm öyrədici, həm də ilhamverici oldu.











