office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da İT klubu fəaliyyətini dörd əsas istiqamət üzrə davam etdirəcək

17.02.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində İT klubunun ümumi iclası  keçdi. İlasda  tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov,  mühəndis - proqramlaşdırıcı İqbal Cəfərov  və klub üzvləri  iştirak etdilər. Akt zalında keçirilən  bu görüşdə klubun yeni strukturu, fəaliyyət istiqamətləri və qarşıdakı planları təqdim edildi. Tədbir çərçivəsində İT klubunun sədri və Azedev-in qurucusu Yusif Əzizov komandanın vizyonu, inkişaf strategiyası və gələcək hədəfləri barədə çıxış etdi. Bildirdi  ki, klub fəaliyyətini dörd əsas istiqamət üzrə davam etdirəcək: Cyber Security, Game Development, Data Science & Artificial Intelligence və Web Development. Görüş zamanı mentorlar da çıxış edərək tələbələrə texniki inkişaf, komanda işi, intizam və real layihə təcrübəsinin əhəmiyyəti barədə məlumat verdilər. Xüsusilə davamlılığın, praktik yanaşmanın və məsuliyyətli fəaliyyətin önəmi vurğulandı. İclasda həmçinin filtr mərhələsi, mentor bölgüsü və qarşıdakı dövrdə start veriləcək layihələr barədə məlumat təqdim olundu. Aktiv və məsuliyyətli üzvlərin gələcəkdə Azedev-in böyük və yeni layihələrində iştirak imkanı əldə edə biləcəyi qeyd edildi.


17.02.2026