office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Süni intellekt əsaslı platformalar təlimində uğurla iştirak etmişdir

Sənaye və Texnologiya Kollecinin Biologiya laboratoriyasının müdiri Günel Şükürova Hədəf Liseyi Stars Campusda “Müəllimlikdə Saniyələr” adlı, Virtual Laboratoriyalar, süni intellekt əsaslı platformalar təlimində uğurla iştirak etmişdir.  Sonda Hədəf Şirkətlər qrupunun qurucusu və baş direktoru Şəmil Sadıqov və liseyin təlimçisi Təranə Sadıqova təlimdə fəal iştirakına görə Günel Şükürovaya Sertifikat təqdim etmişlər.  G.Şükürova təlimdə  qazandığı biliklərə  əsasən gələcəkdə işlədiyi kollecdə daha çoxşaxəli, süni intellekt istiqamətli laboratoriya işləri və dərsləri təşkil edəcəyini öhdəsinə götürmüşdür.


17.02.2026