office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da tələbələrin istehsalat təcrübəsinə dair təlimatlandırma iclası keçirildi

STK-da sonuncu kurs tələbələrinin istehsalat təcrübəsinə buraxılması ilə bağlı təşkilati iclas keçirildi. İclasda tədris hissə müdiri Lalə Nəsibova və Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova çıxış edərək təcrübənin məqsəd və vəzifələrini diqqətə çatdırdılar. Qeyd olundu ki, 16 fevraldan 15 müəssisə və təşkilatla bağlanan müqavilə əsasında 20 ixtisas üzrə 45 qrup olmaqla, 593 tələbə istehsalat təcrübəsinə cəlb olunacaq. Kolleclə ikitərəfli müqavilələr bağlamış istehsalat müəssisələri sırasında: “Azərbaycan” nəşriyyatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Kampus Group”MMC, “Paradise Baku Hotel” MMC,  “Tatun Travel” MMC, “Röyal CHEF” MMC, “Zərdabi nəşr” MMC, “Ovçular  Ət və Ət Məhsulları” MMC,  “Kampus Group” MMC, Nərimanov Rayon  Bələdiyyəsi, STEAM, ASAN XİDMƏT, ADNSU, “AZEDUNET MMC və Bakı Tikiş Evi vardır. Daha sonra çıxışlar zamanı vurğulandı ki, istehsalat  təcrübəsi nəzəri biliklərin praktiki vərdişlərlə sintezi, tələbələrin peşəkar kompetensiyalarının inkişafı və əmək bazarına adaptasiyası baxımından mühüm keçid mərhələsidir.Tədbirdə tələbələrə aşağıdakı istiqamətlər üzrə ətraflı təlimatlar verildi:

* Təşkilati qaydalar: Davamiyyət rejimi və müəssisədaxili nizam-intizam;

* Peşə etikası: İş mühitində davranış normaları və korporativ məsuliyyət;

* Hesabatlılıq: Təcrübə gündəliklərinin tərtibi və yekun monitorinq meyarları.

Sonda  bir daha tələbələrə bu məsuliyyətli dövrdə fəal və intizamlı olmaları tövsiyə edildi və onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulandı.


12.02.2026