11.02.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədovun rəhbərliyi altında 6 klub sədrləri və kuratorlarının birgə iclası keçirildi. İclasda “Beynəlxalq əlaqələr klubu”: sədr Nəzrin Abdullazadə, kurator Saqibət Əhmədova, “Mədəniyyət və İncəsənət klubu”: sədr Rövnəq Əliyev, kurator Aynur Rzaquluzadə, “İdman və saglamlıq klubu”: sədr Pərviz Hüseynov və Yeganə Əsədova, kurator Samir İbaşov, “İT klubu” : sədr Yusif Əzizov, kurator Səadət Şahbazlı, “Konüllülük və sosial inkişaf klubu”: sədr Duyğu Şirinzadə, kurator Pərvanə Məmmədova və “Gənclərin inkişafı klubu”: sədr Zəhra Nurlu, kurator İlahə Nuriyeva iştirak etdilər. A. Məmmədovun ümumi məlumatından sonra klub rəhbərlərinin fikirləri dinlənildi və təklifləri eşidildi.






