09.02.2026-cı il tarixində STK-da “Beynəlxalq əlaqələr klubu”nun tədbiri keçirildi. Tədbirdə kluba üzv olan tələbələr və kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov iştirak etdi. Klubun sədri Nəzrin Abdullazadə əvvəlcə kluba üzv olan tələbələr haqqında məlumar verdi. Sonra ixtisasca İngilis dili müəllimi olan klubun kuratoru Saqibət Əhmədova “Beynəlxalq əlaqələr klubu”nun iş prensipindən danışdı. Bildirdi ki, İngilis dili oyrenmek üçün ən vacib məqam danışıq bacarığını inkişaf etdirməkdir. Çox adam yalnız qrammatika və söz əzbərləməklə kifayətlənir, amma real həyatda dil biliklərinin əsası ünsiyyət qurmaqdan keçir. Ona görə də, hər gün ən azı 10-15 dəqiqə ingilis dilində danışmağa çalışmaq mütləqdir. Tələbələr ingilis dilini öyrənmək məqsədilə tədbirdə fəal iştirak etdilər. Sonda tələbələri maraqlandıran sualları S. Əhmədova cavablandırdı.







