office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da direktoryanı müşavirədə müxtəlif məsələlər müzakirə olundu

09.02.2026-cı il tarixində  Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışovun rəhbərliyi ilə direktoryanı müşavirə keçirildi. Müşavirədə direktor müavinləri, tədris hissə müdiri, şöbə müdirləri, qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri,  fənn birləşmə komissiyasının sədrləri,  tyutorıar, metodkabinə müdiri və baş mühasib iştirak etdilər. İlkin məlumatdan sonra direktoryanı müşavirədə gündəlikdə duran  aşağıdakı məsələlər: kollecdə social paketin yerinə yetirilməsi, əmək bazarı, tələbə gənclər təşkilatının yaradılması, metodik vəsaitlərin çapı,  ekoloji layihə, tələbələrin təcrübələrinin keçirilməsinə nəzarət, kitabxana sistemindən istifadə qaydalari və digər  məsələlər müzakirə olundu. Müzakirədə şöbə müdirləri və fənn birləşmə komissiyasının sədrləri, tyutorlar çıxış edərək,  öz fikirlərini bildirdilər. Sonda N. Abışov müzakirə zamanı ortaya çıxan sualları  qanun çərçivəsində  cavablandırdı.


09.02.2026