Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-da kompüter biliklərini artırmaq məqsədilə təlimlər təşkil olunub

Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışovun müvafiq əmrinə əsasən rəhbər heyətin  kompüter biliklərini artırmaq məqsədilə  təlimlər təşkil olunub. 

Hazırda “Kompüter  texnologiyaları” fənn  birləşmə komissiyasının sədri Səadət Şahbazova və müəllim Elnarə Əliyeva tərəfindən təlimlərdə iştirak edən iştirakçılara ofis  proqramları, o cümlədən Word və Excel üzrə praktiki biliklər verilir, sənədlərlə işləmə və məlumatların emalı bacarıqları inkişaf etdirilir. Eyni zamanda Windows əməliyyat sisteminin yenilənməsi, təhlükəsiz və səmərəli istifadəsi ilə bağlı məlumatlar təqdim olunur. Həm də PowerPoint proqramı vasitəsilə təqdimatların hazırlanması və dərs prosesində effektiv tətbiqi də öyrədilir. Bu fəaliyyətlər  rəhbər heyətin gündəlik iş fəaliyyətində informasiya texnologiyalarından daha səmərəli istifadə etməsinə xidmət edir.