office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-nın tələbələri 100 mindən artıq çap və 6 mindən çox elektron formada olan kitabdan istifadə edə biləcək

26.01.2026-cı il tarixində ADNSU-nun  nəzdində Sənaye və Texnologiya  Kollecində direktoryanı müşavirə  kecirildi. Müşavirədə müəllim və tələbələrin ADNSU-nun kitabxanasından  istifadə etmələri  ilə əlaqədar, ADNSU tərəfindən STK-ya yaradılan şəraitdən danışıldı.  Kollecin direktoru, professor Nasim Abışov ADNSU-nun Kitabxana İnformasiya Mərkəzi  haqqında  qısa məlumat verdi. Bildirdi ki, Kitabxana İnformasiya Mərkəzi  2018-ci il dekabr ayından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 106 illik tarixə malik olan Əsaslı Kitabxanasının bazası əsasında formalaşıb. Hazırda ölkənin ən zəngin qədim tarixi  və eləcə də çoxsahəli elektron resursları olan  ən reytinqli elektron kitabxanalarından biri olaraq fəaliyyət göstərir. Kitabxananın  nəzdində 2022-ci ilin dekabr ayından Açıq kitabxana da var. Kitabxana universitetin elektron şəbəkəsinə qoşulan bir unikal kitabxana  sistemi ilə öz oxucularına diferrensial və operativ  xidmət göstərir. Hətta Ebsco, Polpred.com, Elsevier Scopus, Znanium.com, ProQuest, Library.rubeynəlxalq  məlumat bazalarına giriş imkanları da var. Bu gün Sənaye və Texnologiya Kolleci də universitetin nəzdində  olduğundan tələbələrimiz ADNSU-nun kitabxanasında elektron bazaya daxil olan 100 mindən artıq çap və 6 mindən çox elektron formada olan kitabdan istifadə edə biləcək. Bu xidmətdən STK-nın pedaqoji kollektivi də yararlanacaq.

Kitabxana İnformasiya Mərkəzinin istifadə qaydaları:

https://asoiu.edu.az/library_detail

Kitabxana sisteminə giriş:

https://asoiu.edu.az/library

STK-nın tələbə və müəllim heyətinə yaradılan şərait və diqqətə görə, kollecin tələbə və müəllim heyəti adından ADNSU-nun rektoru, dosent Rüfət Əzizova  təşəkkürümüzü bildiririk.


26.01.2026