21.01.2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışovun rəhbərliyi ilə direktoryanı müşavirə keçirildi. Müşavirədə direktor müavinləri, tədris hissə müdiri, şöbə müdirləri və fənn birləşmə komissiyasının sədrləri iştirak etdilər. İlkin məlumatdan sonra direktoryanı müşavirədə gündəlikdə duran aşağıdakı məsələlər: BSQ-nin nəticələrinin müzakirəsi, rəhbər heyət üçün İKT təlimi, tələbə təqaüdlərinin təyini üçün komissiyanın yaradılması və I semestr imtahanlarının gedişatı ətraflı müzakirə olundu. Müzakirədə şöbə müdirləri və fənn birləşmə komissiyasının sədrləri çıxış edərək, öz fikirlərini bildirdilər.



21.01.2026



