BSQ Azərbaycan təhsil sistemində tələbələrin fənn üzrə tədris ili ərzində əldə etdikləri bilik və bacarıqları ümumi şəkildə ölçən və rəsmi qiymətləndirmə formasıdır. Bu qiymətləndirmə növü adətən fənn proqramının böyük bir hissəsini əhatə edir, payız və yaz semestrinin sonunda ayrı-ayrı fənlər üzrə rəhbərliyin nəzarəti altında həyata keçirilr.
Məqsəd tələbənin yalnız müəyyən mövzular üzrə deyil, bütövlükdə fənn üzrə ümumi anlayışını, məntiqi düşünmə bacarığını, analitik yanaşmasını və tətbiq qabiliyyətini yoxlamaqdır. Bu proses həm tələbələrin təlim nəticələrinin obyektiv şəkildə qiymətləndirilməsinə, həm də gələcək tədris strategiyalarının düzgün qurulmasına imkan verir. Hazırda ümumi orta təhsildən ( 9 illik bazadan) STK-ya qəbul olan I kurs tələbələri də təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti və fənni tədris edən müəllimin iştiakı ilə BSQ imtahanları verirlər. Sonda tələbələrin biliyi qiymətləndirilir və onların nəzərinə çatdılır. Deməliyik ki, biliyin qiymətləndirilməsi təhsil prosesində vacib məsələ və zəruri prosedur olduğundan bu məsələyə STK-da ciddi nəzarət edilir.














