STK-nın direktoru, professor Nasim Abışovun rəhbərliyi və dəstəyi ilə kollecin tələbələri texnologiya sahəsində böyük uğurlara imza atırlar. Bu işin davamı olaraq kollecin tələbəsi Yusif Əzizov tərəfindən yaradılmış İT klubunun nəzdində Azedev komandası fəaliyyət göstərir və iki mühüm layihə - “Süni intellekt əsaslı idarəetmə sistemi” və "Dead Cargo" video oyunu layihələri üzərində iş gedir. Bu layihələrin inkişafında komandanın Gamepons
rezidentliyi və mentor dəstəyi mühüm rol oynayır.
1. “Süni intellekt əsaslı biznes idarəetmə sistemi”:
Bu layihə kiçik və orta miqyaslı komandalar üçün iş proseslərini avtomatlaşdıran innovativ bir platformadır. Mövcud ERP sistemlərindən fərqli olaraq bu sistem:
- Gecikmə analizi: Tapşırıqların niyə gecikdiyini müəyyən edir.
- Risk proqnozu: Gələcəkdə yarana biləcək maneələri öncədən proqnozlaşdırır.
- Yük balansı: Komanda üzvləri arasında iş bölgüsünü süni intellekt vasitəsilə optimallaşdırır.
2. "Dead Cargo" video oyunu:
"Dead Cargo" – Sənaye və Texnologiya Kollecinin profilinə uyğun olaraq ağır sənaye estetikası üzərində qurulmuş, Unreal Engine mühərriki ilə hazırlanan kooperativ sağ qalma (survival / extraction) oyunudur.
- Realist mexanika:
- sehr və xəyali elementlər yoxdur, hər şey fizika qanunlarına və akustik reallığa söykənir.
- Təhsil və Texnologiya:
- Layihə proqramlaşdırma (C++), 3D modelləşdirmə və şəbəkə arxitekturası sahəsində tələbələrin praktiki bacarıqlarını nümayiş etdirir.
Azedev və Gələcək Hədəflər:
Fəaliyyət göstərən komanda kollecdə "akademik bilikdən-sənaye tətbiqinə" keçid prinsipini rəhbər tutur və məqsəd həm yerli, həm də beynəlxalq arenada tanınmaqdır.





