office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK ailəsinə kollecin direktoru, professor Nasim Abışovun təbrik məktubu

                                                                                              

                                                                              Hörmətli STK ailəsi !

          Ulu Öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı olan İlham Əliyevin "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" fikri təhsilin dövlət siyasətinin mərkəzi subyekti olduğunu sübut edir. Respublikamızda geniş vüsət almış yeni məktəblərin, uşaq bağçalarının tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla, informasiya və kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji kadr hazırlığı və digər tədbirlər milli təhsilimizin düzgün inkişaf etdiyindən xəbər verir.

        Bu  gün arxada qoyduğumuz 2025-ci il Sənaye və Texnologiya Kolleci üçün də bir çox yaddaqalan tədbirlər, aparılan islahatlar, kollecin bütün tədris otaqlarının, maddi-texniki bazanın, iki kompüter zalının yenilənməsi,  geniş iclas zalının əsaslı təmirdən sonra istifadəyə verilməsi və bir sıra mühüm əhəmiyyətli işlərlə yadda qalmışdır. Təhsil müəssisəsində tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün müvafiq tədbirlər görülmüş, təlim-tərbiyə işləri yuksək səviyyədə qurulmuşdur. Kollecdə  sosial  aktivliyi, əməkdaşlığı, yaradıcılıq və akademik inkişafı təmin edən  mühüm  strukturlara malik olan  tələbə klublarının yaradılması da dediklərimizə əyani misaldır.

       Ümidvaram ki, əldə etdiyimiz bu cür uğurlar yeni ildə də davam etdiriləcək və kollecdə təlim-tərbiyənin daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüləcək.

                                                                                  Hörmətli STK ailəsi !

      Qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollecin kollektivini təbrik edir, hamıya cansağlığı, uzun ömür, pedaqoji və şəxsi fəaliyyətinizdə uğurlar arzulayıram! 

      Eyni zamanda dünyada yaşayan bütün azərbaycanlıları, o cümlədən təhsil ictimaiyyətini bu gözəl bayramlar - həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər bir Azərbaycan ailəsinə cansağlığı  və xoşbəxtlik arzulayıram! 


30.12.2025