Sənaye və Texnologiya Kollecində kimya müəllimi Könül Məmmədovanın təşəbbüsü ilə “Alkoqolizm və Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə kollecin direktoru, professor Nasim Abışov, müəllimlər və kollecin MQ-105, B-105, M-105, Kİ-105, TK-105, TT-105 və KA-105 qrupunun tələbələri iştirak ediblər. Məqsəd gənclər arasında sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin elmi əsaslarla izahı və riskli davranışların fəsadları barədə məlumatlandırmanın artırılması olub. Tədbir diskussiya şəklində keçib və tədbirdə fəal iştirak edən tələbələr kollecin direktoru tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.




26.12.2025



