office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

S105 qrup tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Sənaye və Texnologiya Kollecinin S105 qrup tələbələri kollecin müəllimi Təranə Nəbiyevanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya vaxtı tələbələrə Heydər Əliyev Muzeyi barədə  bələdçilər tərəfindən məlumat verilib və Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə  yaxından tanış olublar. Həm də müasir avadanlıqlarla təchiz edilmiş zalda Heydər Əliyev haqqında çəkilən filmə baxıblar. Həmin vaxtda Heydər Əliyevin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr və s.eksponatlarla da tanış olublar. Eyni zamanda Azərbaycan, ingilis dillərində sərgilənən eksponatların tarixi və memarlığı haqqında məlumatlar əldə ediblər. Muzeydə  tələbələr xatirə şəkli çəkdirməyi də unutmayıblar.


26.12.2025