Xəbərlər
24.12.2025-ci il tarixində Sənaye və Texnologiya Kollecinin Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı ixtisası üzrə təhsil alan S204-cü qrup tələbələri ixtisas müəllimi Kəmalə Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar. İlk olaraq SƏTƏM-in mühəndisi metalların mexaniki emalı zamanı yaranacaq təhlükələr və onlardan qorunmaq üçün təhlükəsizlik tədbirləri və vasitələri haqqında məlumat verərək, tələbələri təlimatlandırdı. Sənaye avadanlıqlarının istismarı və Sənaye avadanlıqlarının təmir işlərinin təşkili dərslərində əldə etdiyimiz nəzəri biliklər mərkəzin zəngin emalatxanasında və laboratoriyasında praktik olaraq öz əksini tapdı. Tələbələr CNC rəqəmli proqramla idarə olunan torna və frez dəzgahları,qaynaq aparatları, sənayedə istifadə olunan texnoloji və istehsal avadanlıqlarının iş prinsipi ilə yaxından tanış oldular.




