Xəbərlər
Sənaye və Texnologiya Kollecində “Dizayn” və “Tikiş məmulatları və trikotaj istehsalı texnologiyası” ixtisasları üzrə təhsil alan D104, TM103, TM104, TM 204 və TM205-ci qrup tələbələri “Dizayn və Tikiş” tədris emalatxanasında praktiki məşğələlərdə fəal iştirak edirlər. Bu işdə emalatxana müdiri, dizayner Nərmin Kərimova, təlim ustası Aidə Əliyeva və mexanik Mahilə Tağıyeva tələbələrin praktik bacarıqlarının formalaşmasına köməklik edirlər.







