Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri, baş katib Pərvanə Bayram qızı Əliyevanın iştirakı ilə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci ilə Kollecin Həmkarlar İttifaqı Komitəsi arasında müqavilə bağlandı.
(2025-2027)
Kollektiv müqavilə işəgötürən ilə işçilər (Həmkarlar İttifaqı vasitəsilə) arasında bağlanan hüquqi sənəddir. Əmək, sosial - iqtisadi, məisət münasibətlərini tənzimləyir, işəgötürənin və işçinin hüquq və öhdəliklərini müəyyən edir, iş şəraitini yaxşılaşdırır, qanunla müəyyən edilmiş qaydada hazırlanaraq müəssisədəki bütün işçilərə şamil edilir. Kollektiv müqavilə tərəflərin qarşılıqlı razılığı ilə iki il müddətinə bağlanır.







