Sənaye və Texnologiya Kollecində Game Development istiqaməti üzrə növbəti maarifləndirici görüş keçirilib. Görüş çərçivəsində Gamepons komandasından olan mütəxəssislər mentor qismində iştirak ediblər. Tədbirin əsas mövzusu “Oyun mühərrikləri” (game engines) olub. Mentorlar oyun mühərriklərinin nə olduğu, hansı mühərriklərin hansı tip oyunlar üçün daha uyğun olduğu, eləcə də real oyun studiyalarında istifadə edilən yanaşmalar barədə başlanğıc səviyyəsində ümumi məlumat veriblər. Görüş xüsusilə Game Development sahəsinə yeni başlayan tələbələr üçün faydalı olub və onlara bu istiqamətdə ilkin anlayış qazandırıb. Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, həm də oyun sənayesi ilə bağlı praktiki nüanslara toxunulub. Bu tip mentor görüşlərin gələcəkdə davam etdirilməsi və tələbələrin real studiya təcrübəsinə daha yaxşı yiyələnməsi işi planlaşdırılır.






