Sənaye və Texnologiya kollecinin tarix müəllimi Aynur Bədəlovanın rəhbərliyi ilə TK-204, AS-205, Kİ-103B, Kİ-205 qrup tələbələrinin iştirakı ilə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə fənn birləşmə komissiyasının sədri Vüsalə Əbdürrəhimova , şobə müdirləri Pərvin Məmmədova, Şəhla Əhmədova və metodistlərdən Ceyran Bayramova, Günay Umudova və Aygün Rüstəmova iştirak ediblər. İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. A.Bədəlova Ulu Öndərin həyatı, onun Azərbaycan tarixində, Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında tələbələrə məlumat verib. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri-istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar nümayiş olunub.











