office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilib

12.12.2025-ci il tarixində Sənaye və Texnologiya Kollecində xalqımızın ümummilli lideri,  dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.  Tələbə və müəllim heyəti “Fəxri Xiyaban”da Ulu Öndər  Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra, tədbir öz işinə başladı.  Kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov,  metodkabinə müdiri Xəlil Bağırov, şöbə müdiri  Şəhla Əhmədova, müəllim Aynur Rzaquliyeva  və tələblər tədbirdə iştirak etdilər. İlk öncə Dövlət Himni səsləndirildi. Ulu öndər Heydər Əliyevin  xatirəsi bir dəqiqəlik sükutla  yad edildi. Tələbələrin  ifasında Ulu Öndər Heydər Əliyevin şəxsi həyatına, dövlət  başçısı işlədiyi  dövrdə göstərdiyi misilsiz xidmətlərinə aid videoçarx nümayiş etdirildi, şeir deyildi, mahnı səsləndirildi və tələbələrin ifasında  ədəbii-bədii kompozisiya göstərildi. Həm də kollecin müəllimi Ramilə Əfəndiyeva Ulu Öndər Heydər Əliyeva aid yazdığı şeiri söylədi. Çıxış üçün söz alandirektor müavini Asəf Məmmədov bildirdi ki,  Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Heydər Əliyev dünyanın nadir, unikal seçilən siyasət adamı idi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biridir. Daha sonra tədbirdə iştirak edən kollecin müəllimi Aynur Rzaquliyeva, metodkabinə müdiri Xəlil Bağırov, şöbə müdiri Şəhla Əhmədova və tələbələr çıxışlarında qeyd etdilər ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış,  müstəqilliyimizi əbədi və dönməz etmişdir. Həmişə olduğu kimi bu gün də  xalqımızla yanaşı, Sənaye və Texnologiya Kollecinin tələbə və pedaqoji  heyəti unudulmaz Ümummilli Lider  Heydər Əliyevin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirlər.

 


12.12.2025