office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anım gününə aid tədbir

 TK-104 A qrupunun tarix müəllimi  Gülnarə Əbdüləzimovanın təşkilatçılığı ilə  ulu öndər Heydər Əliyevin anım gününə aid tədbir   keçirilib. Tədbir ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş xüsusi proqram əsasında hazırlanmışdır.    Kollecin şöbə müdiri Şəhla Əhmədova, fənn birləşmə  komissiyasının sədri  Vüsalə Əbdülrrəhmanova və digər müəllimlər tədbirdə  fəal iştirak ediblər. Tələbələr ulu öndər Heydər Əliyevin  misilsiz xidmətləri barədə çıxış edib,  onun irsinin hər zaman yaşadığını və gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.

 


11.12.2025