office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Elektron imtahan” üçün link hazırdır

2025/2026-cı tədris ilinin  payız imtahan sessiyasında əyani şöbədə oxuyan tələbələrin  ümimi imtahanlarının sayı 588  təşkil edir. Kollecin direktoru, professor Nasim Abışov bildirdi ki, onlardan 2-ci kurslarda açıq suallardan ibarət, hər qrupda 1 fənn olmaqla,  40 imtahanın elektron formatda  keçirilməsi qərara alınmşdır.  Bu məqsədlə tələbələrin həmin imtahanlarda daha yaxşı nəticələr əldə etməsi üçün kollecin mühəndis-proqramlaşdırıcısı Oktay İmanzadə tərəfindən sınaq imtahanı portalı  yaradılmışdır. Kollecdə “Elektron imtahan” üçün  link də hazırdır. Tələbələr  aşagıdakı linkə  daxil olaraq, imtahanda iştirak edə bilərlər (https://imtahan.stk.edu.az). Bu işdə bir məsələni yadda saxlamalıyıq.  Fənn birləşmə komissiyasının sədrləri elektron formatda   keçiriləcək imtahanda  tələbələrin linkə daxil olaraq, sınaq imtahanında iştirak etməsinə  şərait  yaratmalıdırlar. 


11.12.2025