09.12.2025-ci il tarixində Sənaye və Texnologiya Kollecinin tələbələri kollecin müəllimi Aynur Rzaquliyevanın rəhbərliyi ilə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiyada mərkəzin bələdçisi tələbələrə muzey bölməsində toplanmış Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verib. Sonda tələbələr mərkəzdə xatirə şəkli çəkdirməyi də unutmayıblar.







10.12.2025



