office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Z-205 qrupunun tələbələri Materialların texnologiyası və istehsalat avadanlıqları dərsində

Sənaye və Texnologiya Kollecində tələbələr metaldan məftilin hazırlanması prosesini praktiki şəkildə öyrənirlər. Emalatxanada olan istehsalat avadanlıqları - vals, xətta və əritmə aparatının iş prinsipi ilə yaxından tanış olur və bu avadanlıqlardan sərbəst istifadə edirlər. Dərslər fənn  müəllimi Leyla İbrahimova və emalatxana müdiri Xatirə Quliyevanın nəzarəti altında keçirilir. Tələbələr  keçilən praktiki dərslərə böyük maraq göstərir və dərslərdə fəal iştirak edirlər.


10.12.2025