09.12.2025-ci il tarixində Sənaye və Texnologiya Kollecində kompüter ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçdi. Görüşdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov və fənn birləşmə komissiyasının sədri Səadət Şahbazova iştirak etdilər. A.Məmmədov ilk öncə tələbə klublarının fəaliyyət prinsipləri haqqında ətraflı məlumat verdi və yeni yaradılacaq “İnformasiya Texnologiyaları” ( İT ) klubu haqqında danışdı. Sonra tələbələr arasından öz arzuları ilə yeni yaradılmış kluba üzv seçildi və onların maraqlı fikirləri eşidildi. Sonda “İnformasiya Texnologiyaları” kulubuna kollecin fənn birləşmə komissiyasının sədri Səadət Şahbazova kurator, tələbələr arasından Yusif Əzizov isə rəhbər seçildi. Görüş diskussiya şəklində başa çatdı.






