office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da “Erkən nikahın fəsadları, onun psixoloji, sosial və hüquqi nəticələri” adlı tədbir keçirilib

08 dekabr 2025-ci il tarixində  Sənaye və Texnologiya Kollecində tələbələrin inkişafına və sosial fəallığının artırılmasına yönəlmiş “Erkən nikahın fəsadları, onun psixoloji, sosial və hüquqi nəticələri” adlı  tədbir  keçirilib. Rəhbərliyin dəvəti ilə görüşdə qonaq qismində psixoloq İlhamə Mustafayeva, hüquqşünas Natiq Əliyev və Tarix  üzrə fəlsəfə doktoru İradə Əlili, kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, müəllimlərdən İlahə Nuriyeva,  Nazirə Bagırova    İştirak ediblər.

 Məqsəd gənclərə “Erkən nikahın fəsadları, onun psixoloji, sosial və hüquqi nəticələri” barədə ətraflı məlumat vermək olub. Qonaqlar öz təcrübələrindən çıxış edərək real nümunələr üzərində izahlar təqdim edib və tələbələri düşündürən sualları cavablandırıblar.

Görüş zamanı ailədaxili münasibətlər, gənclərin öz inkişafını planlaşdırması, sağlam düşüncənin formalaşdırılması kimi mövzulara da toxunulub.  Müzakirədə tələbələr fəal iştirak ediblər. Sonda tədbir iştirakçıları belə maarifləndirici görüşlərin gənclərin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını da 

vurğulayıblar.


09.12.2025