office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da “Elektron imtahan sistemi”

08.12.2025-ci il tarixində 2025 -2026-cı tədris ili üzrə  Sənaye və Texnologiya  Kollecində ümumi iclas keçirildi. İclasda kollecin rəhbərliyi, şöbə  müdirləri, metodkabinə müdiri, fənn  birləşmə komissiyasının sədrləri və  müəllimlər  iştirak etdilər.  Kollecin direktoru, professor  Nasim Abışov pedaqoji heyəti salamlayıb, gündəlikdə  duran məsələ haqqında müəllimlərə  məlunat verdi. Sonra payız imtahan sessiyasında imtahanların aparılması ilə əlaqədar “Elektron imtahan sistemi” haqqında ətraflı  danışdı. Mühəndis-proqramlaşdırıcı Oktay İmanzadə  isə “Elektron imtahan sistemi” haqqında təqdimatla  müəllimlərin qarşısında çıxış etdi. Təqdimatda imtahanların gedişi, imtahanlara ayrılan  vaxt, tələbələrin biliyinin qiymətləndirilməsi,  bunun üçün sinaq imtahanlarının təşkili və digər vacib məsələlər qeyd olundu. Sonda  fənn müəllimlərinin  sualları da  N.Abışov tərəfindən  cavablandırıldı.


08.12.2025