office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da “Dərsdənkənar tələbələrlə praktiki iş”

ADNSU-nun  nəzdində Sənaye və Texnologiya Kollecində ixtisas müəllimi İlahə Nuriyeva tərəfindən aparılan “Dərsdənkənar tələbələrlə praktiki iş”  məşğələləri tələbələrin həm peşə bacarıqlarını, həm də yaradıcı düşüncələrini inkişaf etdirir. Bu məşğələdə tələbələr milli geyimin konstruksiyası və ölçü götürmə qaydalarını yerindəcə tətbiq edirlər. Real model üzərində işləmək, ölçülərin düzgün götürülməsi, məmulatın forma xüsusiyyətlərinin öyrənilməsi – bütün bunlar tələbələrə gələcək peşə fəaliyyətində böyük təcrübə qazandırır. Belə praktiki işlər tələbələrin dərs materialını daha yaxşı mənimsəməsinə, komandada işləmək bacarığının formalaşmasına və peşəyə olan maraqlarının artmasına şərait yaradır. Bu cür məşğələlər tələbələri peşənin canlı dünyasına aparır, burada geyim sadəcə parçadan ibarət deyil, zəhmət, sənət və milli dəyər daşıyır.

 


04.12.2025