office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da “Mədəniyyət və incəsənət klubu”na tələbələr üzv seçildilər

04.12.2025-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışovun tapşırığına əsasən tələbə klublarının fəaliyyət prinsipləri və görə biləcəyi işlərlə əlaqədar tələbələrlə görüş keçdi. Görüşdə kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov iştirak etdi. A.Məmmədov ilk öncə tələbə klublarının fəaliyyət prinsipləri haqqında tələbələrə ətraflı məlumat verdi və tələbə klublarına daxil olan “Mədəniyyət və incəsənət klubu” haqqında danışdı. Nəticədə, tələbələr arasından öz arzuları ilə kluba üzv olan tələbələr seçildi və onların fikirləri eşidildi. Sonda tələbələrin iştirakı ilə “Mədəniyyət və incəsənət klubu”na müəllimlərdən - Aynur Rzaquliyeva kurator, tələbələr arasından Rövnəq Əliyev rəhbər seçildi.


04.12.2025