office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Zərərli vərdişlərə yox deyək!”

3.12.2025-ci il tarixində  ADNSU - nun nəzdində Sənaye və Texnologiya  Kollecində  kimya müəllimi Könül Məmmədovanın təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirildi.Tədbirdə kollecin direktoru, professor Nasim  Abışov, tədris işləri üzrə müavin  Könül Abdürrəhimova,metodkabinə  müdiri Xəlil  Bağırov , şöbə müdirləri və başqa müəllimlər iştirak etdilər.Tədbir ümummilli  lider və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla  yad olması ilə başladı. Dövlət Himni səsləndi.Tədbirdə siqaretin , spirtli içkilərin, narkotik vasitələrin zərəri barədə tələbələrin təqdimatları dinlənildi . “Sağlam bədəndə sağlam ruh olar” - deyərək  kollecin tələbəsi, qaydasız döyüş üzrə ölkə birincisi Rəvanın çıxışı eşidildi.  Sonra dünyanın  3 dilində -rus, alman və ingilis dillərində tələbələrin  çıxışları da  oldu. Sonda kollecin direktoru N. Abışov tələbələrə öz tövsiyyələrini verdi.


04.12.2025