office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da ayrı-ayrı vəzifələrə yeni təyinatlar oldu

03.12.2025-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya  Kollecində Pedaqoji Şura iclası keçirildi. İclasda kollecin rəhbərliyi və şöbə müdirləri, fənn  birləşmə komissiyasının sədrləri və tyutorlar  iştirak etdilər. İclası giriş sözü ilə açan kollecin direktoru, professor  Nasim  Abışov pedaqoji heyəti salamlayaraq,  gündəlikdə duran  məsələlərlə onları tanış  etdi. İlkin məlumatdan  sonra kollecdə şöbə müdirləri, tədris hiisə müdiri, inzibati  təsərrüfat işləri üzrə direktor müavini, komendant və monitorinq, qiymətləndirmə və qeydiyyat bölməsi vəzifələrinə  yeni təyinatlar oldu. Bununla bərabər, N.Abışov kollecdə idarəetmənin təkmilləşdirilməsi, tədris prosesinin keyfiyyətinin artırılması, hesabatlılığın gücləndirilməsi və nizam-intizam qaydalarına ciddi əməl olunması ilə əlaqədar məsələlərdən ətraflı danışdı. Sonda eşidilən məsələlərlə əlaqədar digər çıxışlar da eşidildi. 


03.12.2025