ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin müəllimi İlahə Nuriyeva TM-103 və TM-205 qrupunın tələbələri ilə birlikdə qədim ənənənin nəfəsini daşıyan Kəlağayı Festivalına səfər ediblər. Azərbaycan mədəniyyətinin zərif simvollarından biri olan kəlağayı, festivalda öz rəngləri, naxışları və əsrlərin dərinliyindən gələn hekayələri ilə tələbələri bir başqa dünyaya aparmış olub. Onlar kəlağayı hazırlanmasında istifadə olunan ipək, təbii boyalar və naxış texnikaları ilə tanış olublar Ustaların canlı şəkildə kəlağayı üzərində naxış vurma prosesini müşahidə ediblər, festival boyunca tələbələr kəlağayının sirli rəngləri və naxışlarının mənası haqqında ustalardan maraqlı məlumatlar eşidiblər. İpəyin hazırlanmasından tutmuş, boyanmasına və naxışların vurulmasına qədər bütün prosesləri canlı izləyiblər. “Şəbəkə”, “Buta”, “Səma” kimi rəmzlərin arxasındakı mənəvi qatlarla tanış olublar. Fərqli bölgələrə aid kəlağayıların özünəməxsus üslub və texnikalarını müqayisə ediblər. Bu səfər tələbələr üçün sadəcə bir ekskursiya olmayıb, həm də sənət, tarix və milli kimliklə dolu bir dərs olub. Onlar ipəyin yumşaqlığında, rənglərin parlaqlığında və naxışların incəliyində Azərbaycan qadınının zərifliyi və gücünü görüblər.










