29.11. 2025-ci il tarixində Sumqayıtın Muğan Mərkəzində “1-ci Disleksiya Forum” keçirilib. Tədbirdə millət vəkilləri, müəllimlər, həkimlər və digər ziyalılar iştirak ediblər. Keçirilən Forumda iştirakçılar arasında ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədova da olub. Forumun məqsədi disleksiyalı uşaqların cəmiyyətə inteqrasiyasının təşviqi, maarifləndirmə işlərinin gücləndirilməsi və bu sahədə müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirdə müxtəlif məzmunda maraqlı çıxışlar olub və iştirakçılar tədbirin təçkilatçılarına öz təşəkkürlərini bidiriblər.
Sonda Forumda fəal iştirak edən bir qrup iştirakçılara, o cümlədən, STK-nın müəllimi Pərvanə Məmmədovaya da təşkilat tərəfindən Sertifikat təqdim edilib.





