office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da “Şeirin Bəxtiyar nidası” adlı tədbir keçirilib

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində  Azərbaycan poeziyasının ən parlaq simalarından olan,  xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Şeirin Bəxtiyar nidası” adlı tədbir keçirilib. Tədbirdə kollecin direktoru, professor Nasim Abışov, Tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov, Metodkabinə müdiri Xəlil Bağırov, müəllim  və tələbə heyəti iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Kollecin direktoru Nasim Abışov  Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycan poeziyasının, dramaturgiyasının və elminin görkəmli nümayəndələrindən biri olan xalq şairi Bəxtiyar Vahabzadə ədəbi yaradıcılığını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına və tərəqqisinə həsr etmişdir. Şairin ədəbiyyatımızda və ictimai fikrimizdə yaratdığı zirvə əlçatmazdır. Digər çıxışlar da olub. 

Daha sonra şagirdlər Bəxtiyar Vahabzadənin şeirlərindən nümunələr səsləndirib,  şairin sözlərinə  bəstələnmiş  mahnılar ifa olunub və videoçarx nümayiş  etdirilib. 


28.11.2025