office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye vəTexnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini təyin edilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın əmrinə əsasən, Asəf Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Asəf Məmmədov  Bakı Texniki Kollecinin “Standartlaşdırma və məhsulun keyfiyyətinə nəzarət”, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının “ Təhsilin pedaqogika və metodikası” ixtisaslarını və Azərbaycan Respublikası Daxili Qoşunlarda Liderlik təhsilini bitirmişdir.

O, müxtəlif vaxtlarda Daxili Qoşunlarda komandirin MTT üzrə müavini, komandirin tərbiyə işləri üzrə müavini, xidmət rəisi, Baş İdarənin Daxili Təhlükəsizlik şöbəsində rəis müavini və yeni təyinata kimi ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində İnzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 09.03.2018-ci il tarixli 3770 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, “Qüsursuz xidmətə görə” 3, 2 və 1-ci dərəcəli medalı, “Xidmətdə fərqləndiyinə görə“ döş nişanı və "Silahlı Qüvvələr veteranı medalı " ilə təltif edilmişdir. Ehtiyatda olan polkovnik leytenantdır.

YAP-ın üzvüdür.

 


25.11.2025