24.11.2025-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində ümumi iclas keçirildi. İclasda kollecin direktoru, professor Nasim Abışov gündəlikdə duran məsələlərlə pedaqoji kollektivi tanış etdi. Bildirdi ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın əmrinə əsasən, kollecdə uzun müddət İnzibatı təsərrüfat işləri üzrə direktor müavini işləyən Asəf Məmmədov kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Direktor tərəfindən edilən təqdimat pedaqoji kollektiv tərəfindən rəğbətlə qarşılandı.
Sonra 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasının keçirilməsi ilə əlaqədar direktor N.Abışovun fikri eşidildi. Ətraflı diskussiya yaradıldığından mövcud qaydalara, normativ sənədlərə uyğun obyektiv imtahanların keçirilməsini təmin etmək məqsədi ilə fənn birləşmə komissiya sədrlərinin və digər müəllimlərin eşidilən məsələ ilə əlaqədar fikirləri dinlənildi. Daha sonra Elm və Təhsil Nazirliyinin təlimatına uyğun olaraq vaxtında imtahan sessiyasının qaydalara uyğun şəkildə təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın təmin olunmasıdan ətraflı danışıldı.



