ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində kollecin direktoru, professor Nasim Abışov tələbələrlə görüş keçirib. Görüşün məqsədi kollecdə tələbə klublarının yaradılması ilə əlaqədar olub. Tələbə klubları təhsil müəssisəsində sosial aktivliyi, əməkdaşlığı, yaradıcılıq və akademik inkişafı təmin edən mühüm strukturdur. Nəticədə, tələbə klublarının fəaliyyət prinsipləri planlaşdırılıb.

24.11.2025



