office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

STK-da “Zəfər günü” və “Dövlət bayrağı günü” ilə əlaqədar tədbir keçirildi

07 noyabr 2025-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 8 noyabr-Zəfər Günü və 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Kollecin rəhbərliyi, müəllimlər və Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri iştirak etdilər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra ölkəmizin ərazi bütöv yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin bədii hissəsində Kollecin tələbələrinin təqdimatında “ Qarabağ Azərbaycandı” ədəbii-bədii kompazisiya təqdim olundu. Zəfər Gününə həsr olunmuş video çarx nümayiş olundu. Sonda Kollecin direktoru professor Nasim Abışov çıxış edərək Zəfər gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini vurğuladı. Direktor qeyd etdi ki, bu möhtəşəm qələbə Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun rəşadəti nəticəsində qazanılmışdı. O daha sonra tədbirdə iştirak edən Vətən müharibəsi iştirakşılarını və şəhid ailələrini salamladı və hər birini bayram münasibətilə təbrik etdi və qazandığımız qələbəni onlara borclu olduğumuzu bildirdi. Sonda vətən müharibəsi iştirakçıkarına  və şəhid ailələrinə bayram münasibətilə hədiyyələr təqdim edildi, xatirə şəkli çəkildi.

 


07.11.2025