office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

“Kukla və Xalçaçılıq” sərgisinə tələbələrin ekskursiyası

 Azərbaycanın zəngin mədəni irsini əks etdirən Heydər Əliyev Mərkəzində təşkil olunan “Kukla və Xalçaçılıq” adlı sərgi ADNSU-nun  nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələrinin böyük marağına səbəb olub. Kollecin müəllimləri  İlahə Nuriyeva, Nazirə Bağırova  və “Tikiş məmulatlarının və trikotaj istehsalının texnologiyası ”TM-205 və TM-103 qrupunun tələbələri sərgidə olarkən Azərbaycanın xalq sənətinin incəlikləri, xalçaçılıq ənənələri və kukla sənətinin inkişaf tarixi ilə yaxından tanış olublar. Tələbələr sərgini izləyərkən həm  də kuklaların sənətkarlıqla hazırlanmasından, həm də geyimlərin milli üslubda işlənməsindən ilham alıblar. Belə tədbirlər tələbələrin yaradıcılıq dünyagörüşünün genişlənməsinə, milli geyim irsimizə marağın artmasına və sənət zövqünün formalaşmasına  böyük təsir göstərir.


07.11.2025