06.11.2025-ci il tarixdə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Kompüter ixtisası üzrə təhsil alan tələbələr üçün “Süni Intellektə giriş” mövzusunda maarifləndirici seminar oldu. Seminarın əsas məqsədi tələbələrə süni intellekt sahəsinin əsas anlayışlarını, onun tətbiq imkanlarının və müasir texnologiyalarda oynadığı rolu izah etmək idi. Həm də bu seminar süni intellekt sahəsində olan yenilikləri öyrənmələri baxımından tələbələr üçün önəmli idi.
Seminarı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və Tətbiqi Riyaziyyat kafedrasının müəllimi Elşən Nağızadə apardı. E.Nağızadə bakalavr təhsilini ADNSU da, magistr təhsilini isə Corc Vaşinqton və ADA Universitetlərində ikili təhsil almışdır.
Tədbirdə kollecin direktoru Nasim Abışov, tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova və fənn birləşmə komissiyasının sədri Səadət Şahbazova iştirak edirdilər.








