2025/2026-cı tədris ilinin başlanğıcı ilə əlaqədar ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində kollecin buraxılış tələbələri ilə kollecin direktoru Nasim Abışov görüş keçirib.
Görüşdə N.Abışov STK-da tələbələrin tədris prosesinə məsuliyyətlə yanaşmalarının vacibliyini qeyd edərək, onların gələcəkdə peşə fəaliyyətində yaxşı uğur qazanmaları üçün təhsil ocağında lazımı şəraitin olmasından söz açıb. Çıxışınım sonunda tələbələrə uğurlar arzulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb və onların təklifləri dinlənilib.
Görüş diskussiya şəklində başa çatlb.



31.10.2025



