Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Kollecdə valideyn iclası keçirilib

2025-2026-cı tədris ilində  ADNSU-nun  nəzdində Sənaye və Texnologiya Kollecində  ümumi orta təhsil bazasından ( 9 illik) qəbul olunan birinci kurs-24 qrupda  valideyn iclası  keçirilib.

Tədbirdə kollecin rəhbərliyi, şöbə müdirləri və qrup rəhbərləri iştirak ediblər. Valideynlərlə ümumi tanışlıqdan  sonra,  iclasda tələbələrin tədris prosesinə uyğunlaşması, kollecin  daxili  nizam - intizam  qaydaları və  valideyn - müəllim  münasibətlərinin  artırılması istiqamətində müzakirələr aparılmışdir.   

Sonda valideynlər kollecin  rəhbərliyinə və müəllim heyətinə tələbələrə göstərilən  diqqət və qayğıya  görə  təşəkkürlərini  bildiriblər.