office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Yeni kollec direktoru kollektivə təqdim olunub

Oktyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin yeni direktoru kollektivə təqdim edilib.

Təqdimat mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və kollecin kollektivi iştirak edib.

Görüş zamanı təhsil müəssisəsində təlim-tədrisin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, təhsilalanlarla bağlı məsələlər müzakirə olunub və kollektivi maraqlandıran suallar cavablandırılıb.


11.10.2025