Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin tələbələri 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.

Oktyabrın 3-də ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər." Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" başlığı ilə təşkil olunmuş sərgidə Azərbaycanla yanaşı,  23 ölkədən nəşriyyat və təşkilatlar iştirak edir. 
   Sərgidə iştirakın əsas məqsədi tələbələrin dünyagörüşünü, oxu mədəniyyətini inkişaf etdirmək,  onlarda milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir.