office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

Anım Gününə həsr olunmuş ”Açıq dərs”

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Fəqumə Fərəcovanın 27 sentyabr – Anım Gününə həsr olunmuş ”Açıq dərs” i  keçirilib.

Dərsdə kollecin rəhbərliyi və müəllimlər iştirak edib və Vətən müharibəsi Şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Sonra Fəqumə Fərəcova tələbələrə müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, tarixi Qarabağ Zəfəri və Şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında danışıb. 

Qeyd edib  ki, gənc və gələcək nəsillər hər an, daim Şəhidlərimizin əziz xatirəsini, qəhrəmanlığını, fədakarlığını və Vətən üçün xidmətlərini xatırlamalı, onlardan nümunə götürməli və Vətənin keşiyində mərdliklə durmalıdırlar.

 “Açıq dərs”də tələbələrin  fəallığı təmin olunub  və dərs müsbət  bir sonluqla başa çatıb.


29.09.2025